"Dəli İbo" "Xəzər Lənkəran"da

"Dəli İbo" "Xəzər Lənkəran"da
Mustafa Dənizli "Xəzər Lənkəran"ın məşqçilər korpusuna daha bir mütəxəssis dəvət edib. Fanat.az xəbər verir ki, türk mütəxəssis "Beşiktaş"ın əfsanəvi kapitanlarından, azarkeşlərin "Dəli İbo" ləqəbi taxdığı İbrahim Üzülməzi ölkəmizə gətirir.
Artıq tərəflər arasında razılıq əldə olunub. İbrahim Üzülməz bazar ertəsi Mustafa Dənizli ilə görüşəcək və bundan sonra müqavilə imzalayacaq.
Yayılan məlumata görə, bundan əvvəl Oğuz Çətini ölkəmizə gətirən Dənizli Covanni Melkiorre və 
Hafiz Əliyevi məşqçilər korpusundan kənarlaşdıracaq. Emin Quliyevi komandada saxlayan türk mütəxəssis vətənindən qapıçı-məşqçisi də gətirəcək.
Qeyd edək ki, İbrahim Üzülməz futbolçu karyerası ərzində "Beşiktaş"dan başqa "Gönenspor", "Karabükspor", "İskenderun DÇSK", "Amasyaspor" və "Qaziantepspor"da çıxış edib. O, "Çaykur Rizəspor"da Dənizlinin köməkçisi olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər