"Dayanmaq fikrimiz yoxdur" - Ötən mövsümün bombardiri

"Dayanmaq fikrimiz yoxdur" - Ötən mövsümün bombardiri

2-ci Liqanın 8-ci turunda Binə qəsəbə stadionunda "Dinamo"nun qonağı olan "Quba" 3:0 hesablı qələbə qazanaraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəldi. Ötən mövsüm "Şəmkir"in heyətində 31 qolla çempionatın bombardiri olan Vidadi Cəfərov isə penaltidən 2 dəfə fərqlənərək cari mövsüm vurduğu qolların sayını 9-a çatdırdı. Vidadi ilə əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi təhlil etmişdik. Zəif və güclü cəhətlərini müəyyənləşdirmişdik. Rahat oyun olduğunu deyə bilmərəm. Qarşılaşma həqiqətən gərgin alındı. Penaltiləri dəqiq yerinə yetirdiyim, komandamın qələbəsində pay sahibi olduğum üçün sevincliyəm. Dayanmaq fikrimiz yoxdur. Hər oyuna qələbə üçün çıxacağıq. Hazırda 3-cü yerdəyik. Bizdən irəlidəki rəqiblərimizdən cəmi cəmi 4 xal geri qalırıq. Hədəfimiz dəyişməyib. Çempionluq uğrunda mübarizə aparırıq".

Qeyd edək ki, "Quba" 9-cu turda "Araz-Saatlı"nı qəbul edəcək. 

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər