"Daha yaxşı oynayan tərəf biz idik" - Vasili Berezutski

"Daha yaxşı oynayan tərəf biz idik" - Vasili Berezutski

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə “Sumqayıt”la 3:3 hesablı heç-heçə edən "Sabah"ın baş məşqçisi Vasili Berezutski oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi belə danışıb:

"Azarkeşlər üçün çox maraqlı oyun oldu. Hər iki komanda qollar vurdu. Daha yaxşı oynayan tərəf biz idik. Amma əfsuslar olsun ki, qapımızda asan qollar gördük".

– Kubokun yarımfinal oyununu düşünərək dəyişikliklər etdiniz? – Bəli. Bəzi oyunçularımızın mikrozədələri var idi. Onlar komanda ilə bir-iki məşq etmişdilər. Düşünürəm ki, onlar kubok matçına hazır olacaqlar. Yeri gəlmişkən, Seymurla Elgün oyunu yüksək səviyyədə keçirdilər.

– “Sabah” çox heç-heçə edir. Bu sindromu qıra biləcəksiniz? – Səbəbini bilsəydim, deyərdim. Bu gün müdafiədə səhvlər etdik. Həmin səhvlərə görə də qollar buraxdıq. Hər oyunun öz hekayəsi var. Müdafiə planında "artırmalıyıq".

– Bu dəyişikliklər çempionatda iddianızdan əl çəkdiyiniz anlamındadır? – Xeyr. 3-4-cü yerlər uğrunda hər oyunda mübarizə aparacağıq. Nə qədər ki, şansımız var, mücadilə edəcəyik.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər