"Cırtdan"lar sevindi, Rusiya uduzdu, İspaniya uddu

"Cırtdan"lar sevindi, Rusiya uduzdu, İspaniya uddu
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, bu gecə qitə arenalarında 9 matç baş tutub.
C qrupunda lider Slovakiya Makedoniyaya 2:0, İspaniya Belarusa 3:0 hesabı ilə yenib. Qrupun digər matçında isə Ukrayna Lüksemburqa 3 cavabsız qolla qalib gəlib.
E qrupunda 3 oyunda maksimum nəticə qazanan və qol buraxmayan İngiltərə ikinci pillədə qərarlaşmış Sloveniyanı qəbul edib. İngilislər hesabda geri düşsə də, sonda qələbə qazanıblar - 3:1. İngiltərə bu oyunda qalib gəlsə də, seçmə mərhələdə ilk dəfə qol buraxıb. Qrupun digər oyunlarına gəlincə, İsveçrə Litvanı darmadağın edib - 4:0. Estoniya isə ilk 3 oyunda uduzan və 11 qol buraxan "cırtdan" San Marino ilə "sülh" bağlayıb - 0:0.
G qrupunda isə Rusiya lider Avstriyanın qonağı olub. Meydan sahibləri 1:0 hesablı qələbəyə sevinib. Moldova doğma meydanda eyni hesabla Avropanın başqa bir "cırtdan" ölkəsinə - Lixtenşteynə boyun əyib. Çernoqoriya - İsveç matçı isə 1:1 hesabı ilə başa çatıb.
AVRO-2016
Seçmə mərhələ
15 noyabr
C qrupu
Lüksemburq - Ukrayna 0:3
Qollar: Andrey Yarmolenko, 33; 53; 56.
Makedoniya - Slovakiya 0:2
Qollar: Yuray Kuçka, 25. Adam Nemeç, 38.
İspaniya - Belarus 3:0
Qollar: İsko, 18. Serxio Buskets, 19. Pedro Rodriges, 56.

1

Slovakiya

4

4

0

0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər