"Üç cavabsız qol mərhələnin taleyinin böyük ölçüdə, həll edilməsi deməkdir" - Vüqar Nadirov

"Üç cavabsız qol mərhələnin taleyinin böyük ölçüdə, həll edilməsi deməkdir" - Vüqar Nadirov

"Bildiyiniz kimi, "Qarabağ"da çox dəyişikliklər olub. Təmsilçimizin yenilənmiş heyətlə özünün ən yaxşı oyununu göstərəcəyini təbii ki, gözləmirdik".

Bunu Fanat.Az-a açıqlamasında UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində dünən Bakıda İslandiyanın "Vestri" komandasını 3:0 hesabı ilə məğlub edən "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov deyib.

Azərbaycan millisinin keçmiş forvardı nəticədən məmnun qaldığını vurğulayıb: "Üç cavabsız qol mərhələnin taleyinin böyük ölçüdə, həll edilməsi deməkdir. Əla nəticədir. Bu rəqibin öz meydanında bizə böyük problem yaradacağını düşünmürəm. Əlbəttə, hazırda "Qarabağ"ın futbolçularının meydanda anlaşmaları yüksək səviyyədə deyil. Matçın gedişində bu yöndə müəyyən çatışmazlıqlar sezildi. Təbii ki, zamanla düzələcək. Anlaşma səviyyəsi yüksələndən sonra hücumların sürəti də artacaq. Növbəti avrokubok oyunlarında daha yaxşı "Qarabağ" görəcəyimizə şübhə etmirəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər