"Böyük Dəbilqə"də 11 cüdoçumuz yarışacaq

"Böyük Dəbilqə"də 11 cüdoçumuz yarışacaq

Mayın 8-10-u aralığında Qazaxıstanın paytaxtı Astanada “Böyük Dəbilqə” turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən təşkil olunacaq yarışda Azərbaycanın 11 cüdoçusu (6 kişi, 5 qadın) yeddi çəki dərəcəsində mübarizə aparacaq.

Kişilərdən ibarət yığma komandaya Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət komandaya isə Amina Abdellatif ilə Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Kişilər 66 kq Rəşad Yelkiyev Turan Bayramov

73 kq Rəşid Məmmədəliyev

90 kq Aslan Kotsoyev

+100 kq Camal Feyziyev Uşanqi Kokauri

Qadınlar 48 kq Könül Əliyeva Şəfəq Həmidova

52 kq Gültac Məmmədəliyeva Leyla Əliyeva

70 kq Südabə Ağayeva

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər