"Böyük Dəbilqə": Rəşid "bürünc" uğrunda mübarizə aparacaq

"Böyük Dəbilqə": Rəşid "bürünc" uğrunda mübarizə aparacaq

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda mübarizə aparacaq.

Fanat.Az xəbər verir ki, 1/8 finalda qazaxıstanlı Yersultan Duysenxanı üstələyən 1/4 final mərhələsində özbəkistanlı Nizomeddinxujo Toşpulatovu məğlubiyyətə uğradıb.

O, yarımfinalda Fabio Basileyə uduzub. Onun bürünc medal uğrunda yarışdakı rəqibi Monqolustan cüdoçusu Anxzaya Lavjarqal olacaq.

70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə 1/8 finalda almaniyalı Miriam Butkereytə uduzub.

"Böyük Dəbilqə" turniri mayın 10-da yekunlaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər