"Böyük Dəbilqə": Cüdoçularımızdan "1 qızıl", 1 "gümüş", 1 "bürünc"

"Böyük Dəbilqə": Cüdoçularımızdan "1 qızıl", 1 "gümüş", 1 "bürünc"

Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

Fanat.Az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ikinci günündə 3 medal qazanıblar.

Bu gün 4 çəki dərəcəsində 11 idmançımız mübarizə aparıb.

Kişilərdə Rəşid Məmmədəliyev (73 kq) zədə səbəbindən Tatsuki İşihara (Yaponiya) ilə final görüşünə çıxa bilməyib və gümüş medalla kifayətlənib. Bu çəkidə Vüsal Qələndərzadə üçüncü yer uğrunda görüşdə Ryuqa Tanakanı (Yaponiya) məğlub edərək bürünc medala yiyələnib.

81 kq çəki dərəcəsində Zelim Tçkayev finalda Fransua Qotye-Drapoya (Kanada) qalib gələrək millinin hesabına ilk qızıl medalı yazdırıb. Bu çəkidə Ömər Rəcəbli bürünc medal uğrunda qarşılaşmada Askerbiy Qerbekova (Bəhreyn) uduzub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə iki bürünc medal qazanıb. Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) 3-cü yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər