"Böyük Dəbilqə": Cüdoçularımız yeddinci oldular

"Böyük Dəbilqə": Cüdoçularımız yeddinci oldular

Cüdo üzrə Azərbaycan komandası Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinin ümumi hesabında yeddinci yeri tutub.

Fanat.Az xəbər verir ki, Turan Bayramovun (60 kq) qazandığı gümüş medal sayəsində ölkəmiz Fransa, Kuba, Qazaxıstan, Braziliya, İtaliya və digərlərini qabaqlayıb.

Yaponiya birinci (5-4-2), Çin ikinci (2-0-2) və Özbəkistan isə üçüncü (1-3-8) olub.

Daşkənddə ümumilikdə 13 ölkənin cüdoçuları mükafatlar qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər