"Bütün diqqətimizi həmin oyuna yönəltmişik" - Elmar Baxşıyev

"Bütün diqqətimizi həmin oyuna yönəltmişik" - Elmar Baxşıyev

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Mingəçevir"ə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, o, oyunsonrası mətbuat konfransında 3:1 hesabı ilə qalib gələrək 1/4-ə adladıqları görüşlə bağlı bunları deyib: 

"Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidir.  Kubokda növbəti rəqib haqda yox, çempionatda həftəsonu qarşılaşacağımız "Səbail"lə görüşü fikirləşirik. Bütün diqqətimizi, konsentrasiyamızı həmin oyuna yönəltmişik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər