"Buskets əsl gözüsuludur, bir zərbə dəyən kimi ağlayırdı"

"Buskets əsl gözüsuludur, bir zərbə dəyən kimi ağlayırdı"

Real Madrid"in sabiq futbolçusu Uesli Sneyder "Barselona"nın keçmiş yarımmüdafiəçisi, hazırda "İnter Mayami"nin formasını geyinən Sexio Busketsdən danışıb.

Fanat.Az xəbər verir ki, "Ziggo Sport" niderlandlı veteranın sözlərini belə çatdırıb:

"Buskets həddindən artıq qıcıqlandırıcı futbolçudur. O, həmişə rəqiblərinin ayaqlarına vurur, özünə bir zərbə dəyən kimi ağlayırdı. Əsl gözüsuludur. Onunla hər oyunda dalaşırdım. Hətta bir dəfə ona dedim: "Yayda İbizada görüşərik, yenidən söhbət edərik". Xoşagəlməz oğlandır. Ona qarşı oynamaq çətin idi".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər