"Burada qalmamaq qərarına gəldim" - Bundesliqanın qalibi gedəcəyini təsdiqlədi

"Burada qalmamaq qərarına gəldim" - Bundesliqanın qalibi gedəcəyini təsdiqlədi

"Bayer Leverkuzen"in müdafiəçisi Conatan Ta cari mövsümün sonunda iş yerini dəyişəcəyini bəyan edib.

Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu bunu "Kicker"ə açıqlamasında deyib:

"Müqaviləmi yeniləməmək və burada qalmamaq qərarına gəldim. Rəhbəriyin də məlumatı var. Onlarla açıq danışdım".

Qeyd edək ki, 2015-ci ildən Leverkuzen təmsilçisində çıxış edən Ta ötən mövsüm "əczaçılar"la Bundesliqada çempion olub. O, cari mövsüm  "Bayer" forması ilə bütün turnirlərdə 45 matça çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər