AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XX turu çərçivəsində "Neftçi"yə 0:1 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibi təbrik edirəm. Birinci hissədən razı qalmadım. Amma son 20 dəqiqədə rəqibi təzyiq altında saxladıq. Heyf, erkən qol həlledici oldu. Ümumilikdə yaxşı oynadıq. Sadəcə, son ötürmələr dəqiq olmur. Bundan sonra nəyisə dəyişmək deməyək, yeni gələn futbolçularla daha yaxşı çıxış etmək olar. Samir Məsimovun oyunundan razı qaldım. Mehdi də soyuqqanlı futbolçudur.
- Vaqif Cavadovdan razı qaldınız?
- Vaqif ideal formasından çox uzaqdır. O, 30-40 faiz hazırdır. Onun təcrübəsi bizə kömək olacaq.
- Döyüşmək deyirsiniz, AZAL-ın üzvləri samuraydı, yoxsa futbolçu?- Oyunçulara dedim ki, artıq mənə futbol yox, 3 xal verin. Potensial cəhətdən ötən mövsümlə müqayisədə daha yaxşı heyət var. Amma nəticə qazana bilmirik. Bunun da çox səbəbləri var. Çox şeyi açıqlamaq istəmirəm. Biz ilk turda zərbə aldıq. İndi futbolçular qorxa-qorxa oynayır, hakimə nəsə deməyə çəkinirlər. Tounkaraya baxın. Zərbə alan futbolçu sonra qorxur. Biz büdcədə hamıdan geri qalırıq. Bura samuray yox, qladiator da gətirsəniz, çətin məsələdir.(qafqazinfo)
Fanat.Az