"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının ilk turunda "Çelsi" üzərində qazandıqları səfər qələbəsindən (2:0) sonra komandasının hücumçusu Erlinq Holandın məhsuldarlığına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "City Xtra" ispaniyalı mütəxəssisin sözlərini belə çatdırıb:
"Belə göstərici Messi və Kriştianu Ronaldunun səviyyəsinə uyğundur. Bunu İngiltərədə edə bilmək inanılmazdır".
Xatırladaq ki, "Stemford Bric"dəki matç "şəhərlilər"in ilk qoluna imza atan Holandın indiki komandasındakı 100-cü oyunu olub. Norveçli ulduz yubiley qarşılaşmasında 91-ci qolunu vurub.
Nihat