"Buna tam şəkildə inanıram" - Emin Zamanov planlarını açıqladı

"Buna tam şəkildə inanıram" - Emin Zamanov planlarını açıqladı

1-ci Liqada mövsümün sonuna 1 tur qalmış çempionluğu rəsmiləşdirən "Şəfa"nın əsas futbolçularından olan Emin Zamanov karyerasını harada davam etdirəcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az-a açıqlamasında öncə çempionluğu dəyərləndirən Emin belə danışıb:

"Karyeramda bir neçə dəfə çempion olmuşam. Hər birinin öz çətinliyi olduğu kimi, öz şirinliyi də var. "Şəfa" ilə də yaşadığım çempionluq da başqa şirinlik, başqa gözəllikdir. Baş məşqçimizin mənə çox güvəndiyini və inandığını bilirəm. Bu inam, bu güvən meydanda performansıma müsbət mənada öz təsirini göstərdi".

O, Bakı təmsilçisində qalmaq istədiyini vurğulayıb: "Müqaviləm bitir, yəqin ki klubla danışacağıq. Razılaşsaq, niyə də olmasın?"

28 yaşlı hücumameyilli yarımmüdafiəçi "Şəfa"nın yalnız yerli futbolçularla elitadakı rəqabətə tab gətirə biləcəyini düşündüyünü bildirib: "Buna tam şəkildə inanıram".

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər