"Bu xəbəri eşidəndə şoka düşdüm" - Əliyar Ağayev

"Bu xəbəri eşidəndə şoka düşdüm" - Əliyar Ağayev

Xəbər verdiyimiz kimi, azərbaycanlı FIFA referisi Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatında final matçına təyinat alıb. Fanat.az saytının məlumatına görə, gənc ədalət təmsilçisi İtaliya və Fransa arasında keçirilən qarşılaşmanı idarə edəcək.

Təyinatı ilə bağlı danışan Ağayev bunun özü üçün gözlənilməz olduğunu bildirib: "Bu təyinat ölkəm üçün şərəfli və qürurlu məqamdı. Bu xəbəri eşidəndə bir qədər şoka düşdüm. Hakimlər istəyirlər ki, həmişə ən yaxşısını əldə etsinlər. Finalın idarə etmək turnirin ilk günündən məqsədim idi. Belə bir şans əldə etdiyim üçün o qədər xoşbəxtəm ki. Bu, müasir Azərbaycan hakimliyinin böyük nailiyyətidi”.

 

Qeyd edək ki, 28 yaşlı hakim 2013-cü ildən FIFA referisi adını daşıyır.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər