"Bu turnirdəki ən yaxşı oyunumuz idi" - Kapitan darmadağından danışdı

"Bu turnirdəki ən yaxşı oyunumuz idi" - Kapitan darmadağından danışdı

ABŞ-də keçirilən klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda "Yuventus"u 5:2 hesabı ilə darmadağın edən "Mançester Siti"nin kapitanı Bernardu Silva qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin sözlərini BBC belə çatdırıb:

"Oynadığımız futboldan razı qala bilərik. Güclü rəqibə qarşı görüşdə topu özümzdə saxlaya bildik. Önəmli qələbə qazanaraq qrupdan lider qismində çıxdıq. Biz artıq 16 ən yaxşı komanda arasındayıq. Düzdür, bu, hələ titula yaxınlaşmağımız anlamında deyil, amma yaxşı nəticədir. Bəzi xırdalıqları nəzərə almasaq, "Yuventus"la oyunda sərgilədiyimiz futbol bu turnirdəki ən yaxşı oyunumuz idi". 

Xatırladaq ki, G qrupunda 9 xal toplayaraq maksimum nəticə göstərən "Mançester Siti" 1/8 finalda"Əl-Hilal" ilə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər