"Bu qələbənin ardını gətirmək niyyətindəyik" - Süleyman Əhmədov

"Bu qələbənin ardını gətirmək niyyətindəyik" - Süleyman Əhmədov

1-ci Liqanın açılış turunda Şamaxı OİK stadionunda "Şimal"ın qonağı olan "Gəncəbasar" 2:1 hesablı qələbə qazandı. Gəncə təmsilçisinin müdafiəçisi Süleyman Əhmədovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Komanda gec yığılsa da, yüksək səviyyədə hazırlıq keçdik. Əlbəttə, ilk oyunlar həmişə çətin olur. Rəqibi də bu səbəbdən dərindən tanımırdıq. Meydana istəklə, inamla çıxdıq, verilən tapşırıqları yerinə yetirməyə çalışdıq. Şükürlər olsun ki, qələbə qazandıq. İlk oyunda uğurlu nəticə əldə etmək həm də motivasiya baxımından vacib idi. Bu qələbənin ardını gətirmək niyyətindəyik. Növbəti matçlarda da uğur qazanmağa çalışacağıq".  

Xatırladaq ki, "Gəncəbasar" 2-ci turda "Xankəndi"ni qəbul edəcək.   

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər