“Oyun yetərincə maraqlı alındı. Hər iki komanda texnikalı futbola üstünlük verdi. Yaxşı mübarizə apardığımızı düşünürəm”. Fanat.Az xəbər verir ki, bu sözləri millimizin kapitanı Rəşad Sadıqov deyib.Dünən Dohada Qətərlə qarşılaşan və yoldaşlıq görüşündən 2:1 hesablı qələbəylə ayrılan seçməmizin təcrübəli müdafiəçisi matçın ardından fikirlərini bölüşüb: “Qarşıdan Almaniya yığması ilə rəsmi oyun gəlir. Psixoloji baxımdan komandamıza müsbət təsiri olsun deyə, qələbə qazanmaq istəyirdik. Çünki məğlub olanda təzyiq də artır. Uşaqlar həm yaxşı oynadılar, həm də uğurlu nəticə qazandıq. Oyundan oyuna fərq var. Demək olmaz ki, Qətər millisini məğlub etməyimiz Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək. Ancaq komandamızın inkişafı üçün bu qələbə az önəm daşımır. Məncə, faydası olacaq. Baş məşqçi yeni futbolçulara özlərini göstərmək şansı verdi. Həm də son rəsmi oyunumuzda böyük hesabla məğlub olmuşduq. Özünəinamı qaytarmaq üçün Qətər yığması üzərində qələbə yerinə düşdü”.Fanat.Az
"Bu qələbə yerinə düşdü"- Rəşad Sadıqov
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"