"Bu oyun mənim üçün xüsusidi"- Robert Prosineçki

"Bu oyun mənim üçün xüsusidi"- Robert Prosineçki

“Azərbaycan futbol ölkəsi deyil. Dünya və ya Avropa çempionatında oynamaq Azərbaycan üçün sadəcə, xəyaldı”. Fanat.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə səfər oyunundan öncə bu ölkənin mətbuatına açıqlama verən xorvat əlavə edib: “Çempionatımızda da cəmi 8 komanda oynayır. Cari tsikldə 10 xal qazanmağımız Azərbaycan üçün rekordddu. Mən yığmanı qəbul edəndə FİFA reytinqində 135-ci idiksə, indi 93-cü pilləyə yüksəlmişik. Ölkə çempionu “Qarabağ” Çempionlar Liqasının qrupuna yüksələn ilk komanda oldu. Bu komandada gənc istedadlar da var. Azarkeşlər də oyunlara daha çox gəlir”.

 

Müqaviləsi bu oyundan sonra başa çatan Prosineçki gələcək karyerasına aydınlıq gəlmədiyini bildirib və qarşıdakı matçın əhəmiyyətini vurğulayıb: “Müqaviləmin uzadılıb-uzadılmayacağını bilmirəm. Hər şeyi zaman göstərəcək. Görək necə olacaq. Almaniya ilə oyun mənim üçün xüsusidi. Çünki rəqib dünya çempionudu”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər