"Bu oğlan mənim məğlub etməli olduğum insandır" - Kriştianu Ronaldu

"Bu oğlan mənim məğlub etməli olduğum insandır" - Kriştianu Ronaldu

"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu "YouTube" platformasında kimi üstələmək istədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Reddit" portuqaliyalı superulduzun sözlərini belə çatdırıb:

"Bu, bloger Mister Bistdir. Gəlin iki ildən sonra onu məğlub etməyə çalışaq (gülür). Bu oğlan mənim "YouTube" platformasında məğlub etməli olduğum insandır. Ehtiyatlı olun".

Xatırladaq ki, 39 yaşlı Ronaldunun bir müddət öncə açdığı şəxsi "YouTube" kanalı platforma tarixində ən qısa müddətdə - 90 dəqiqə ərzində1 milyon təqibçi toplayaraq rekord müəyyənləşdirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər