"Bu məğlubiyyət gözmuncuğudur" - "Xankəndi"nin baş məşqçisi

"Bu məğlubiyyət gözmuncuğudur" - "Xankəndi"nin baş məşqçisi

2-ci Liqanın 5-ci turunda "Qaradağ Lökbatan"ın qonağı olan "Xankəndi" 0:2 hesabı ilə uduzdu. Bununla da, sözügedən liqada məğlub olmayan komanda qalmadı. Hazırda turnir cədvəlində hərəyə 12 xal toplayan 3 komanda - "Qaradağ Lökbatan", "Şirvan" və "Xankəndi" uyğun olaraq 1-3-cü yerlərdə qərarlaşıblar. Xankəndi təmsilçisinin baş məşqçisi İbrahim Uzunca ilə əlaqə saxlayıb son matç barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Xankəndi" "Qaradağ-Lökbatan"la oyuna qədər nəinki xal itirməmiş, qol da buraxmamışdı. İlk yenilgimizi aldıq. Rəqibimizi təbrik edirəm. Çox gərgin bir matç oldu. Rəqib yaxaladığı imkanlardan çox yaxşı faydalandı. Artıq 3 komandanın 12 xalı var. Düzdür, ümumi baxsaq, üstünlüyümüzü itirdik, amma bu məğlubiyyət bizə səhvlərimiz üzərində işləmək imkanı qazandırdı. Yenilginin bizi geriyə atmayacağını düşünürəm. Əksinə, məncə, məğlubiyyətdən motivasiya kimi faydalanacağıq. "Xankəndi" ailəsi olaraq qarşımıza məqsəd qoymuşuq. Hədəfimiz 1-ci Liqaya, oradan da Premyer Liqaya yüksəlməkdir. Nəyin bahasına olsa da, istəyimizə çatacağıq. Bu məğlubiyyət gözmuncuğudur. Futbolda "heç vaxt uduzmayacağıq" anlayışı yoxdur. Yoxlama oyunlarını çıxsaq, Region Liqasında da yenilməmişdik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər