"Bu kluba həyatımı da verməyə hazıram"

"Bu kluba həyatımı da verməyə hazıram"

Klublararası dünya çempionatına qatılan "Portu"nun qapıçısı Dioqu Koşta iyunun 15-də başlayan turnir barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"Bu, həm mənim, həm də klubum üçün böyük prestijdir. Biz də digər iştirakçılar kimi nəyə qadir olduğumuzu göstərəcəyik. "Portu"da oynamağı həmişə arzulamışam. Bu kluba həyatımı da verməyə hazıram. Hədəfimiz qrupdan çıxmaq, ardından isə finala yüksələrək turnirin qalibi olmaqdır".

Xatırladaq ki, "Portu" qrup mərhələsinin ilk turunda "Palmeyras"la heç-heçə edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər