"Bu istəyimə çatdığım üçün xoşbəxtəm" - De Bröyne qalır, yoxsa gedir?

"Bu istəyimə çatdığım üçün xoşbəxtəm" - De Bröyne qalır, yoxsa gedir?

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne növbəti dəfə İngiltərə nəhəngindəki aqibətinin necə olacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, "şəhərlilər"lə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq belçikalı ulduzun sözlərini jurnalist Simon Baykovski sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:

"Hələ klubla bu barədə danışmamışam. Forma yığmaq istəyirdim. Bu istəyimə çatdığım üçün xoşbəxtəm. Gələcəkdə nəyin necə olacağını görəcəyik".

Xatırladaq ki, cari mövsüm bütün turnirlərdə 20 matça çıxan De Bröyne 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər