"Bu gün bir daha sübut olundu ki, onlar da insandırlar" - Arne Slot

"Bu gün bir daha sübut olundu ki, onlar da insandırlar" - Arne Slot

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda öz meydanında "Real Madrid"i məğlub edən (0:2) "Liverpul"un baş məşqçisi Arne Slot bu görüşdə Kilan Mbappe və Məhəmməd Salah kimi ulduzların penaltini qola çevirə bilməməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini BBC belə çatdırıb:

"Penaltilərin qola çevriləcəyini düşünürdünüz, amma hər iki futbolçu şansını boşa verdi. Bu gün bir daha sübut oldundu ki, onlar da insandırlar, hədəfdən yayına bilərlər. Mbappenin zərbəsinə Kelleher inanılmaz reaksiya verdi. O, bizim üçün qeyri-adi iş gördü".

Qeyd edək ki, "Real" Çempionlar Liqasının turnir cədvəlində 6 xalla 24-cü, "Liverpul" isə 15 xalla 1-ci yerdədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər