"Bu, böyük məyusluqdur" - MY-nin qapıçısı

"Bu, böyük məyusluqdur" - MY-nin qapıçısı

UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda səfərdə "Fənərbağça" ilə 1:1 hesablı heç-heçə edən "Mançester Yunayted"in qapıçısı Andre Onana oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ESPN onun sözlərini belə çatdırıb:

"Bu, klubun azarkeşləri üçün böyük məyusluqdur. "Mançester Yunayted"in oyunçususansa, qələbə qazanmağa çalışmaq məcburiyyətindəsən. Biz qalib gələ bilməsək də, uduzmadıq. Əlbəttə, sevindirici nəticə deyil, amma biz məsuliyyəti üzərimizə götürür və yolumuza davam edirik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər