"Bu böyük bir nailiyyətdi" - millimizin baş məşqçisi

"Bu böyük bir nailiyyətdi" - millimizin baş məşqçisi

"Su polosu üzrə Azərbaycan yığmasının belə bir mötəbər turnirdə 1/4 finala vəsiqə qazanması özü böyük bir nailiyyətdi. Biz var qüvvəmizlə çalışacağıq ki, bu uğurların ardı gəlsin və komandamız azarkeşlərimizi qələbələrlə sevindirsin". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycanın Üzgüçülük idman növü üzrə milli komandasının baş məşqçısı Azər Babayev deyib.

Onun sözlərinə görə, Bakı Su İdmanı Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə təşkil olunan beynəlxalq turnirə Avropanın və demək olar ki, dünyanın ən güclü komandaları qatılıb: "Əgər turnir iştirakçılarına baxsaq bu yarışın necə səviyyəli olduğunu açıq aydın görərik. Dunya çempionları İtaliya yığması, Olimpiya çempionu Macarıstan yığması, Avropa çempionu Yunanıstan komandası, Avropa üçüncüsü Rusiya yığması, Asiya çempionu Qazaxıstan komandası, Zaqafqaziya çempionları Gürcüstan komandası, güclü heyətə malik Türkiyə yığması. Bu komandaların qazandıqları nailiyyətlər onların beynəlxalq səviyyələrindən xəbər verir. Belə bir mübarizə şəraitində Gürcüstan yığmasına qalib gəlməyimiz, Qazaxlarla oynadığımız heç-heçə və İtalya millisi ilə qazaxlara nisbətən göstərdiyimiz yüksək səviyyəli oyun bizə 1/4 finala keçməyimizə kömək oldu. Bizi qarşıda yunanlarla çox ağır bir qarşılaşma gözləyir. Var qüvvəmizlə çalıcağıq ki, onlarla bərabər səviyyədə oyun sərgiləyək və yaxşı nəticələr qazanaq”.

Azərbaycan millisin baş məşqçisi bu beynəlxalq turnirdə olimpiya çempionları olan Macarıstan yığmasının ilk dördlüyə düşə bilməməsini böyük sensasiya adlandırıb. Onun fikrincə, bu turnir I Avropa Oyunları öncəsi Azərbaycan millisi üçün yaxşı sınaqdı. Babayev öz yetirmələrinə maksimum dərəcədə səviyyəli və baxımlı oyun göstərmələrini tövsiyyə edib. Məlumat 

üçün bildirək ki, mayın 8-də Baki Su İdmani Sarayında Bakı vaxtı ilə saat 18:45-də Azərbaycan vaterpolçuları Yunanıstan millisi ilə güclərini sınayacaqlar. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər