"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq çalışdırdığı komandada zədəlilərin çoxluğundan şikayətlənib.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "Sky Sports" belə çatdırıb:
"Zədələr bizim səviyyəmizi ortaya qoymağımıza mane olur. İstədiyiniz oyunçuları oynada bilmirsinizsə, təbii ki, meydana ən yaxşı komanda çıxarmaq istəyini reallaşdırmaq mümkün olmayacaq. Bu suala birlikdə cavab tapmalıyıq. Hə futbolçular, həm məşqçilər korpusu, həm də digərləri...
Daha çox oyunçudan istifadə edə bilmək üçün mümkün olan hər şeyi etməliyik. Çünki bu problemi aradan qaldırsaq, uğur qazanarıq".
Nihat