"Bu Avropa çempionatı karyeramda sonuncudur" - Ronaldu elan etdi

"Bu Avropa çempionatı karyeramda sonuncudur" - Ronaldu elan etdi

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Almaniyada təşkil olunan Avropa çempionatının onun üçün son qitə yarışı yarışı olduğunu deyib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano ulduz forvardın dediklərini belə çatdırıb:

“Bu, əlbəttə ki, mənim son Avropa çempionatım olacaq. Amma bu məni narahat etmir, əksinə, məni hərəkətə gətirən həvəsdir. 

Darıxsam da, olmasam da, bu köynək üçün hər zaman hər şeyimi verəcəm. Və mən bunu ömrüm boyu edəcəm. Biz məsuliyyəti öz üzərimizə götürməliyik. Bu gün azarkeşlərə yazığım gəldi...”.

Xatırladaq ki, Portuqaliya 1/8-də Sloveniyaya qalib gəlib (0:0, penaltilərlə - 3:0). Pireneylilər 1/4 finalda Fransa ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər