Milli komandamızın kapitanı Rəşad Sadıqov Almaniya yığması ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, 35 yaşlı müdafiəçi oyuna bütün biletlərin satılması sevindirici hal və əlavə stimul olduğunu bildirib
Qrupun növbəti matçına çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq. Bütün komandalar arasında ən güclüsüdür. Əlimizdən gələni edəcəyik ki, maraqlı oyun alınsın. Almaniya İrlandiya kimi atletik futbola, uzun ötürmələrə üstünlük verən yox, hərtərəfli oyun sərgiləyən komandadı. Bundestim xırda səhvi belə bağışlamayan komandadır. Belə oyunlarda çox danışmaq yox, meydanda özünü göstərmək lazımdı.
Rəqib üçün bu qədər azarkeş qarşısında oynamaq problem yaradacaq. Bu, bizim üçün böyük fürsətdir. Öz azarkeşlərimiz, Respublika stadionunda oynamaq üçün darıxmışıq. Çoxdandır belə tribunalar qarşısında oynamırıq. Demək olar ki, boş tribunalara öyrəşmişik.
Düşünmürəm ki, kimsə düşərgəmizdə çaxnaşma yaratmaq istəyir. Mətbuat yazır, təsdiqlənməmiş məlumatdı. Renatın Azərbaycanı seçməsi sevindiricidi. Özü də həm futbolçu, həm də insan kimi seçilir. Ola bilsin, bu addımı kiminsə xoşuna gəlməyib".
Fanat.Az