"Brentford"un kamerunlu bombardiri İngiltərə nəhənginə keçir - SON DURUM

"Brentford"un kamerunlu bombardiri İngiltərə nəhənginə keçir - SON DURUM

"Brentford"un kamerunlu yarımmüdafiəçisi Brayan Mbemo karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Kristian Falk yayıb.

Məlumata görə, onun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə sözügedən oyunçunun artıq "qırmızı şeytanlar"la şifahi razılığa gəldiyini və klubların yaxın günlərdə danışıqlara başlayacağını diqqətə çatdırıb.

Qeyd edək ki, 25 yaşlı Mbemo geridə qalan mövsümdə komandasının ən yaxşı bombardiri olub. Bütün turnirlərdə 42 matça çıxan afrikalı 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər