"Brentford"un bombardiri İngiltərə nəhənginə keçmək üzrədir

"Brentford"un bombardiri İngiltərə nəhənginə keçmək üzrədir

"Brentford"un vingeri Brayan Mbemo karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.

Xəbərə görə, onun xidmətində "Arsenal" maraqlıdır. Mənbə "topçular"ın Mbemonu qışda transfer etməyi hədəflədiklərini vurğulayıb. London təmsilçisinin baş məşqçisi Mikel Artetanın sözügedən oyunçunun universallığına, mərkəz hücumçusu mövqeyində də effektli futbol sərgiləyə bilməsinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 8 matça çıxan Mbemo 6 qol vurub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər