Tez-tez çayxanada görüşən iki dost yenə bir araya gəlmişdi. Əlbəttə ki, son dəfə qəhvə içəndən sonra bir də qara və acı, təzyiqqaldıran içkini dilinə vurmayacağına söz verənin təkidi ilə adətən əyləşdikləri məkanda futboldan danışırdılar.
- Hə, bu başqa məsələ. O içdiyimiz “kafe” maa həmin gün zulum eləmişdi, qaqa.
- Ə, sən nə “mazol” adamsan, ə. Qələt eləmədik ha, səndən iki “çaşka” zəhər içdik. Düz bir həftədi zəhləmi tökmüsən mənim. Təzyiqim belə qalxdı, ürəyib belə bulandı...
- Yaxşı, yaxşı, tumanını başına çəkmə o dəqiqə. Futbolda nə var, nə yox?
- Elxan Məmmədovun dediyinə görə, salamatçılıqdı.
- O kimdi?
- Sazçalan.
- Məzələnirsən?
- Mən ölüm, Elxan Məmmədovu tanımırsan? AFFA-nın baş katibini deyirəm.
- Harda dedi?
- Saytlardan müsahibəsini oxumuşam. Reynaldo yığmamızda oynamıyajax.
- “Qarabağ”da oynuyan gədə?
- Hə.
- Niyə, qaqa? Elə “Qarabağ” onun hesabına qrupa düşdü dana. AFFA-dan pul istiyif?
- Yox e, alınmır. FİFA deyir ki, Brazilyada Tükəzban Dos Santos, nə bilim, Fatmanisə Silva adında arvad yoxdu. Ona görə də əmələ gəlmir!
- Ə, bəs o qara-qura gədələri nətəhər milliləşdirirdilər əvvəllər? Guya Çertoqanovun ulu nənəsi Nikolay Nikitinin kolxozunda sağıcı olub, Qomeşin babası təyyarə partlayanda Xəzər dənizinə düşüb. Belə bir şey tapa bilmirlər?
- Tapmağına tapırlar e, amma fırlada bilmirlər. Bir-iki dəfə Azərbaycana səfər eliyəndən sonra FİFA-dakılar da bijdəşif. Bizimkilər zəng eliyif, pul da boyun oluflar, alınmıyıf. Blatter müəllim deyif ki, mümkün döyül, məni bu qoja vaxtımda zibilə salmıyın.
- Elə belə deyif?
- İndi təxminən belə deyif dana.
- Hayıf.
- Hə, sən öl.
- Qaqa, o yekə-yekə danışan məşqçi varıydı e, onun yerinə gətirdiklərinin adı nədi?
- Arif Əsədovu deyirsən?
- Hə,hə, Menşe Arifi! Onun komandaları doğrudan bütün oyunlardan menşeynən çıxır?
- Yox ə, zarafatca deyirlər. Müdafiəyə fikir verən məşqçidi, ona görə. Hələ ki “Neftçi”ni iki oyuna çıxardıf, ikisi də menşe gəlif amma. Görək dana, indi “Qarabağ”la oyunları var.
- Gedək baxmağa?
- Qaqa, nə var e, Azərbaycan çempionatında. “Qarabağ”ın uzağı 200 azarkeşi var dana, öz aramızdı. Avroliqada özlərini ortaya atmaxnan döyül ki. Gedirsən baxmağa, elə bil hansısa komanda məşqə çıxıf. Başqa vaxt "ay Vətən belə gəldi, işğal altında olan ərzimizin adını daşıyan komanda belə getdi" deyənlər tribunalarda gözə dəymir. “Neftçi” də pulu kəsəndən fanatları buxarlanıf! Elə bil, klub prezidentinin dədələrinə borcu var. Fanatsansa, fanat ol, fanat döyülsənsə, get karyerdə daş at, mebel sexində usta köməkçisi işlə, göy sat, icra başçısı ol. Qısası, basıf-bağlama ki, filan komanda mənim canımdı, ürəyimdi.
- Bax ona görə inkişaf eləmir e, futbol. Azarkeş komandaya pula görə azarkeşlik eliyirsə, o, heç mənim...
- Çay buza döndü e.
- Çayın peşəsi buza dönməkdi dana. Saa çay lazımdı? Qalx gedək, kreditin pulunu köçürməliyəm.
Fanat.az