"Borussiya" "Bavariya"ya satdıtı Mats Hummelsin boşluğunu türk futbolçu ilə doldurmaq istəyir. Fanat.az xəbər verir ki, Dortmund klubu Bundesliqadakı rəqibi "Bayer"in və Türkiyə millisinin üzvü Ömer Toprakı heyətinə qatır.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi başa çatan mövsümdə "Bayer"in heyətində 25 rəsmi oyuna çıxıb və 1 qol vurub. "Bayer" onu 2011-ci ildə "Frayburq"dan 3 milyon avroya transfer edib. "Tranfsermarkt" hazırda ona 18 milyon avro qiymət qoyub.
Fanat.az