"Borussiya"nı qorxudan istək: Reus gedir?

"Borussiya"nı qorxudan istək: Reus gedir?
"Borussiya"nın daha bir üzvü komandanı tərk edə bilər. Fanat.az xəbər verir ki, Dortmund klubunun əsas futbolçularından Marko Reus "Mançester Yunayted"in hədəfinə düşüb.
Məlumata görə, "qırmızı şeytanlar" alman ulduzu transfer etmək üçün onun "Borussiya" ilə müqaviləsindəki xüsusi bənddən yararlanacaq. Belə ki, Reusun müqaviləsində "30 milyon funt-sterlinq qarşılığında azad agent ola bilər" maddəsi var. "Mançester Yunayted" 24 yaşlı ulduzu məhz bu məbləği ödəməklə heyətinə qatmaq istəyir.
Məhz bu məqam "Borussiya" rəhbərliyini qorxuya salıb. Belə ki, ötən mövsümün sonunda bu maddədən yararlanan "Bavariya" Mario Götzeni heyətinə qatmışdı. 
Qeyd edək ki, Reus bu mövsüm "Borussiya"nın heyətində 26 oyuna çıxıb və 12 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər