"Borussiya": "Hummels satlıq deyil"

"Borussiya": "Hummels satlıq deyil"

Dortmund "Borussiya"sı qışda 35 milyon avroya "Barselona"ya keçəcəyi deyilən Mats Hummelslə bağlı xəbərləri təkzib edib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmisi Hans-Yoahim Vatzke açıqlama verib.

ZDF-ə danışan klub rəsmisi "Barselona" ilə anlaşmadıqlarını bildirib. Bu xəbərlərin axmaqlıq olduğunu deyən Vatzke Hummelsi satmaq niyyətində olmadıqlarını söyləyib.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər