"Borussiya" "Bavariya"nı finala buraxmadı - VİDEO

"Borussiya" "Bavariya"nı finala buraxmadı - VİDEO

Almaniya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci qarşılaşma ötən gün "Bavariya" və Dortmund "Borussiya"sı arasında keçrilib.

5 qolun vurulduğu qarşılaşmada "Borussiya" 3:2 hesablı qələbə qazanıb. Dortmund klubunun qollarına Marko Reus, Pyer Aubameyanq və Osman Dembele vurub. "Bavariya"nın heyətində isə Xavi Martines və Mats Hummels fərqlənib.

Qeyd edək ki, "Borussiya" finalda "Ayntraxt"la qarşılaşacaq. Frankfurt klubu yarımfinalda Münhenqladbax "Borussiya"sını sıradan çıxardıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər