"Borussiya" millinin qolkiperini ingilislərə satmaq üzrədir - Agenti Londona yollanır

"Borussiya" millinin qolkiperini ingilislərə satmaq üzrədir - Agenti Londona yollanır

Dortmund "Borussiya"sının və İsveçrə millisinin qapıçısı Qreqor Kobel bu yay iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.

Xəbərə görə, onun xidmətində iki İngiltərə təmsilçisi - "Çelsi" və "Nyukasl" maraqlıdır. Mənbə qolkiperin agentinin yaxın günlərdə Londona yollanaraq sözügedən klubların təmsilçiləri ilə görüşəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Kobel cari mövsüm Almaniya Bundesliqasında 28, Çempionlar Liqasında 13  matça çıxıb. Onun "Borussiya" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı 27 yaşlı "çərçivə" qoruyucusunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər