2010/11 və 2011/12 mövsümlərində Bundesliqa çempionluğunu qazanan və ötən mövsüm Çempionlar Liqasında final oynayan Dortmund "Borussiya"sının uğurları klubun büdcəsinə də öz təsirini göstərib. Fanat.az xəbər verir ki, klubun əsas sponsorlarından olan "Signal İduna" şirkəti də ötən il rekord səviyyədə gəlir əgldə edib.
Ardıcıl iki çempionluq və Çempionlar Liqasının finalı dortmundluları Avropanın ən varlı klubları sırasına daxil edib. "Sarı-qaralar" ötən il 34.3 milyon avro gəlir əldə edib və səhmdarlara 6.1 milyon avro paylayıb. İllik dövriyəsi 215.2 milyon avrodan 305.03 milyon avroya yüksələn klub yalnız Çempionlar Liqasından 70 milyon avro qazanıb.
Ümumilikdə 345 min forma satan klub (bir il əvvəl satış 230 min olmuşdu) səhmdarlarını da sevindirib. Belə ki, "Borussiya"nın səhmləri 6 sentdən 10 sentə yüksəlib. Klub teleyayımdan 87.6, bilet satışından isə 44.89 milyon avro irəli düşüb.
Fanat.az