UEFA-nın sabiq prezidenti Mişel Platini Fransa mətbuatına müsahibə verib.
Fanat.Az xəbər verir ki, Platini müsahibəsində Blatterin FİFA prezidenti postundan getməsindən də danışıb:
"İnfantinio mənə dedi ki, FİFA prezidentliyinə namizəd olmaq istəyir. Mən də cavabında "necə istəyirsənsə, elə də et" dedim. İnfantinio mənim UEFA prezidenti postundan getməyimdə heç bir rol oynamayıb, FİFA-da vəzifə tutandan sonra o, UEFA-dan ayrılacaqdı.
Blatterlə mənim aramda fikir ayrılığı 2013-cü ildə yarandı. Həmin vaxt Jozep FİFA prezidenti olmaq arzusunu dilə gətirdi. Hamı elə bilirdi ki, növbəti seçkilərdə namizəd olmayacaq. Özü bunu dilə gətirmişdi. 2015-ci ilin mayında mən ona təklif etdim ki, namizəd olmasın. Amma hiss etdim ki, Blatter dünyadan FİFA prezidenti kimi köçmək istəyir".
Fanat.Az