Latviya yığma komandasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Marian Pahars oktyabrın 11-15-də Litva və Slovakiya ilə baş tutacaq oyunları üçün 22 futbolçuya dəvət göndərib.
Baş məşqçi Azərbaycan Premyer Liqasında oynayan oyunçulara ehtiyac duymayıb. Belə ki, "Neftçi"nin qapıçısı Pavel Doroşe və AZAL-ın müdafiəçisi Oskar Klava yığmaya dəvət almayıb.