İbrahim Uzunca "Xəzər Lənkəran"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Bakı” klubunun baş məşqçisi 0:4 hesabı ilə yenildikləri matçı dəyərləndirib:
“Biz yaxşı oyun göstərmək arzusunda idik. İlk penaltidən sonra komandanın oyununda eniş oldu. İkinci hissədə isə toparlandıq. Əgər ilk penalti olmasaydı, hesab arasında fərq bu qədər böyük olmazdı. Bu gün bizim rəqibimiz “Xəzər Lənkəran” deyildi. Düşünürəm ki, “Xəzər Lənkəran”ın belə penaltilərə ehtiyacı yoxdu. Mən futbolçularımın mübarizəsindən razıyam”.
Fanat.az