"Bizim fiaskomuz əvvəldən başladı" - Vəli Qasımov

"Bizim fiaskomuz əvvəldən başladı" - Vəli Qasımov
"Bizi çətin oyun gözləyir. "Qarabağ" bu gün Azərbaycanın ən yaxşı komandasıdır. Bizdə isə yaxşı gələcəyi olan futbolçular var". Fanat.az xəbər verir ki, bunu "Neftçi"nun baş məşqçisi Vəli Qasımov Azərbaycan Kubokunun finalında "Qarabağ"la keçiriləcək görüşdən öncə jurnalistlərə açıqlamasında deyib.
V.Qasımov həlledici görüş haqda bunları bildirib: "Futbolçularıma inanıram. Onlar qələbə üçün hər şeylərini verəcəklər. Çempionatın sonlarına yaxın stabil oyun göstərirdik. Komanda daxilində sistem yaratmağı bacardıq. Oyunun favoriti "Qarabağ"dı. Ancaq mən də komandamın potensialına bələdəm. Futbolçular səhv etməsə, qələbə qazana biləcəyik. Bu gün kubok qazanmaq üçün inam və istəyimiz çoxdur. Ayltonun olmaması komandaya təsir edəcək. Onun olmamağı çətinlik yaradır. Hələ heyəti dəqiqləşdirməmişik, amma Ayltonu kimin əvəzləyəcəyini təxmini dəqiqləşdirmişik. Bizim fiaskomuz çempionatın əvvəlindən başladı. Son turlarda oyunumuzu tapdıq. "Neftçi"nin kubok istəyi daha çoxdur. Fikrimcə "Qarabağ" kuboku udduğu üçün meydançaya daha rahat çıxacaq. Futbolçu kimi "Spartak"la kubok qazanmışam, istəyirəm məşqçi kimi də uğur qazanım".
Baş məşqçi gürcüstanlı mütəxəssis Şota Arveladzenin "Neftçi"yə gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Bildiyim qədər düzgün məlumat deyil. Bu mətbuatda yazılan bir məlumatdı. Kamran Ağayevin "Neftçi"yə keçməsi ilə bağlı yayılan məlumatlara gəlincə, bundan xəbərim yoxdu. Sözün düzü, transferlə bağlı hələlik heç bir iş görmürük. Uşaqlarla danışmamışıq. Final oyunundan sonra danışıqlara başlayacağıq".
Qeyd edək ki, mayın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20.00-da başlayacaq. ("Report")
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər