"Bizi həqiqətən ağır matç gözləyir" - Xabi Alonso

"Bizi həqiqətən ağır matç gözləyir" - Xabi Alonso

Klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda "Zalsburq"u 3:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksələn "Real Madrid"in baş məşqçisi Xabi Alonso qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"Oyundan və nəticədən razıyıq. Qrupdan lider kimi çıxdıq və mübarizəni davam etdiririk. 1/8 finalda qarşılaşacağımız "Yuventus" Avropanın böyük tarixə malik klublarından biridir. Onların yaxşı komandaları var. Bizi həqiqətən ağır matç gözləyir".

Qeyd edək ki, "Real" - "Yuventus" qarşılaşması iyulun 1-də Mayamidəki "Hard Rok" stadionunda baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər