"Bizi belə sıxışdırmağa çalışırlarsa, alınmayacaq" - Elmar Baxşıyev

"Bizi belə sıxışdırmağa çalışırlarsa, alınmayacaq" - Elmar Baxşıyev

Misli Premyer Liqasının 23-cü turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis belə danışıb:

"Ağır oyun oldu. Düşündüyümüz futbolu oynadıq. Uduzsaq da, yola davam etməliyik. Qırmızı vərəqə? Sizcə, "qırmızı" var idi? Mən təkrara baxdım, heç "sarı" da yox idi. Bizi belə sıxışdırmağa çalışırlarsa, alınmayacaq. Meydanda cavabımızı verəcəyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər