“Öncə Azərbaycan, ardından Almaniya ilə üz-üzə gələcəyik. Hər iki oyun bizim üçün böyük önəm daşıyır”. Fanat.Az xəbər verir ki, bu sözləri Norveç yığmasının 69 yaşlı baş məşqçisi Lars Laqerbek deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də millimiz, 3 gün sonra Yoahim Lövün komandasıyla qarşılaşacaq skandinaviyalıların çalışdırıcısı yerli mətbuata açıqlama verib:
“Qalib ruh vacib şərtdi. Futbolda bu olmadan yaxşı nəticələr qazanmaq çətin məsələdi. Bizə indiki durumda qələbə lazım olduğunu bilirəm. Ümidimizi itirməmişik. Üzərimizdə təzyiq də yoxdu. Futbolçular üzərlərinə düşən məsuliyyəti anlasalar da, həyəcanlı deyillər. Qarşıdakı 2 oyunda 2 xal qazanmaq istəmirik. Söylədiyim kimi, qələbə axtarışındayıq. İşimizin öhdəsindən necə gələcəyimizi isə zaman göstərəcək".
Fanat.Az