"Biz ən yaxşı idik, amma indi yox" - Qvardiola təslim olub?

"Biz ən yaxşı idik, amma indi yox" - Qvardiola təslim olub?

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “şəhərlilər”in bu mövsüm titul qazanıb-qazanmayacağı haqda  danışıb. 

Fanat.Az xəbər verir ki, ispanyalı mütəxəssisin fikirlərini tanınmış insayder Fabritsio Romano belə təqdim edib: 

“Üzr istəyirəm, amma ən yaxşısına artıq nail olunub. Biz ən yaxşı idik, amma indi yox. Çünki oyunçularımız yoxdur. Əks halda, biz indi "Liverpul"a yaxın olardıq”. 

Xatırladaq ki, “Mançester Siti” son on bir oyunda bir qələbə qazanıb, səkkiz məğlubiyyətlə üzləşib. Pep Qvardiolanın komandası Premyer Liqanın turnir cədvəlində beşinci, Çempionlar Liqasının Liqa mərhələsində isə 22-ci pillədə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər