"Bir yoxlama oyununda iştirak etdim, götürdülər" - Məmmədov Albaniyada şansını gözləyəcək

"Bir yoxlama oyununda iştirak etdim, götürdülər" - Məmmədov Albaniyada şansını gözləyəcək

"Altı gündür Albaniyadayam. Bir yoxlama oyununda iştirak etdim, götürdülər, müqavilə bağladıq".

Bunu Fanat.Az-a açıqlamasında Albaniyanın 1-ci Liqa təmsilçisi "Lüftetari" ilə müqavilə bağlayan azərbaycanlı qapıçı Elməddin Məmmədov deyib.

Ötən mövsümü "Mingəçevir"də başa vuran 29 yaşlı qolkiper hələ formada olmadığını bildirib: "Çempionat bitəndən yalnız fərdi məşq etmişəm. Burada da dedilər ki, hələ hazır deyiləm... Həqiqətən belədir. İki-üç tur ərzində forma yığmalı, şansımı gözləməliyəm. 

Komandam ötən mövsümün yekunlarına əsasən 1-ci Liqaya yüksəlib. Köklü klubdur, əvvəllər avrokubokda da oynayıblar".

Qeyd edək ki, Elməddin daha öncə bir neçə dəfə legioner həyatı yaşayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər