"Bir dəfə qalib gəlirsənsə..." - Amorim Ferqyusondan nə danışdı?

"Bir dəfə qalib gəlirsənsə..." - Amorim Ferqyusondan nə danışdı?

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "qırmızı şeytanlar"ın əfsanəvi çalışdırıcısı Aleks Ferqyusondan danışıb.

Fanat.Az xəbər verir ki, "Goal" onun sözlərini belə çatdırıb:

"Ola bilsin ki, bu, gələcəkdə mənə lazım olacaq. Söhbət qələbə hissindən gedir. Qələbə hissi özünəinam baxımından çox önəmlidir. Bir dəfə qalib gəlirsənsə, daha artığını edə biləcəyinizə inanırsınız. Bu hiss müəyyən mənada adətə çevrilir. Ferqyusonun karyerası bizim üçün nümunədir.

Onun öz postunu mükafat qazanmaqla yox, güclü rəqib üzərində qələbə ilə xilas etdiyinə şahidlik etmişəm. Azarkeşlər "Ferqi, get" şüarı səsləndirsələr də, onlar qələbə qazanaraq finala çıxmışdılar".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər