Albaniya çempionatında 7-ci turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Amil Yunanovun çıxış etdiyi “Bilis” də növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Elbasani” ilə qarşılaşıb. Yunanovun komandası bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
Amil bu oyunun iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə, qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
"Bilis" 7 turdan sonra 5 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Amil Yunanov “Bilis”ə bu ay azad agent kimi qoşulub. Tərəflər arasında imzalanmış müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. 31 yaşlı forvard yeni komandasında 1 oyuna çıxıb, fərqlənə bilməyib.